Zaqatalada "Ağ Saray" kimi tanınan ticarət mərkəzinin həyətində kişi meyiti tapılıb.
Apa.az-ın məlumatına görə, hadisə saat 11 radələrində qeydə alınıb.
Əraziyə rayon hüquq-mühafizə orqan əməkdaşları cəlb olunub.
Vəfat edən şəxsin kimliyi və hadisənin baş vermə səbəbləri araşdırılır.