Zaqatala şəhərinin Sahil küçəsində günlərlə yığılıb qalan məişət tullantıları təmizlənib.
Bizim.Media-nın məlumatına görə, polis əməkdaşlarının müşayiəti ilə aidiyyəti qurumlar ərazidəki antisanitar vəziyyəti aradan qaldırıblar.
Küçə sakinləri ilə görüş keçirilib, onlarla təmizlik və ictimai məsuliyyət barədə maarifləndirici söhbətlər aparılıb. Ərazinin yenidən zibillənməməsi üçün birgə nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilib.