top
Zaqatalada şəhid ailəsi 33 il başqasının qəbrini ziyarət edib
30 oktyabr 2025, 17:50
- +

Zaqatalada şəhid ailəsi 33 il başqasının qəbrini ziyarət edib

Bir neçə gün əvvəl Birinci Qarabağ müharibəsində itkin düşən daha 16 şəhidin nəşi ailələrinə təhvil verildi. Oktyabrın 28-dən həmin şəhidlərin dəfn olunmasına başlanılıb. Həmin gün torpağa tapşırılan itkin igidlərdən biri də Lətif Şahhüseynov idi.

Lakin məlum olub ki, bu şəhidimizi 33 il əvvəl Zaqatalanın Dağlı kəndində başqa adla - Məhərrəmov Qəhrəman Ramazan oğlu kimi dəfn ediblər. Məhərrəmovlar ailəsi bütün bu illər ərzində həmin məzarı öz şəhidləri kimi ziyarət edib, hər əziz gündə dua ediblər. Amma daxilən şübhələri də olub. Nəhayət, illər sonra aidiyyəti qurumlara müraciət olunub və DNT analizi nəticəsində dəfn edilən şəxsin itkin şəhid Lətif Şahhüseynov olduğu təsdiqlənib.

AZƏRTAC-ın məlumatına görə, Dağlı kəndində yaşayan Məhərrəmovlar ailəsi hadisənin təfərrüatını danışıblar.

“Bütün bu həqiqət oğlum Şahinin israrlı xahişləri sayəsində üzə çıxdı”, - deyə söhbətə başlayan şəhid Qəhrəman Məhərrəmovun həyat yoldaşı Xanım Məhərrəmova bildirib.

“Biz Qəhrəmanla 1991-ci ilin sentyabrında ailə qurduq. Toydan bir neçə ay sonra o, Vətəni qorumağa getdi. Kənddən 9 nəfər döyüşə yola düşmüşdü, hamısı qayıtdı, Qəhrəmandan başqa. Oğlum Şahin o şəhid olandan sonra dünyaya gəldi. İndi iki nəvəm var, onlardan biri itkin babasının adını daşıyır”, - deyə Xanım Məhərrəmova danışır. Onun sözlərinə görə, xəbər gəlməyəndə Qəhrəmanın atası Ramazan kişi aylarla Füzuli istiqamətində oğlunu axtarıb, hər qapını döyüb. Lakin heç bir məlumat tapılmayıb.

O, dəfndən keçən illər ərzində məzarın həqiqətən kimə məxsus olmasına dair qayınatasının şübhələrini də unutmayıb: “Hər dəfə qəbir üstünə gələndə pıçıldayırdım: “Bu, sənsənmi, yoxsa başqası?”

Şəhidin oğlu Şahin də qəbir üstündə duyğularını gizlədə bilmir: “Dəfndən bir həftə sonra dünyaya gəlmişəm. Atasızlıq çətindir. Amma şəhid övladı olmaq qürurdur”.

Şahin illər sonra ailə üzvlərindən, xüsusən Rusiyada yaşayan əmilərindən DNT testinə razılıq almağa nail olur. Nəticələrdən sonra məlum olur ki, Məhərrəmovlar ailəsinin 33 il ziyarət etdiyi məzar başqa bir şəhid - Lətif Şahhüseynova məxsusdur.

“Bunu biləndə sanki ikinci dəfə atasız qaldım. Amma ən azı şübhələr bitdi. Başqa bir ailənin sevincinə də şərik olduq. Demək ki, biz də öz gerçəyimizə bir addım yaxınlaşdıq”, - deyə Şahin vurğulayır.

Ailə nə qədər ağır olsa da, qərarın onlara yüngüllük gətirdiyini deyir.

Məhərrəmovlar ailəsi inanır ki, itkin düşmüş bütün igidlərimizin taleyi aydınlaşacaq: “Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gəldi. İnşallah, itkin şəhidlərimizin də hamısının nəşi tapılacaq və ailələrinə qovuşacaq”.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər