Zaqatalada 41 yaşlı kişinin döyülərək öldürülməsi hadisəsi ilə bağlı saxlanılan var.
Lent.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Rasim Abbasov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisədə iştirak edən digər şəxsin də istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumata görə, Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev oktyabrın 20-dən 21-nə keçən gecə Yuxarı Tala kəndi ərazisində tanışları — Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında yaranan münaqişə zəminində amansızcasına döyülüb.
Ağır xəsarətlər alan İ.Musayev oktyabrın 27-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib. Daha faciəlisi odur ki, mərhumun hadisədən sarsılan atası Yusif Musayev da ürək partlaması nəticəsində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.