Oktyabrın 26-sı axşamdan 27-si səhərədək, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Şərur, Neftçala, Hacıqabul, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.