Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizi sahilində 10-dan çox suitinin cəsədi aşkarlanıb.
Shimal.News-un məlumatına görə, cəsədlərin bir qismi çürümüş, bir qismi isə vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdədir.
Suitilərin cəsədləri bir neçə gündür sahildə qaldığı üçün ətrafa pis qoxu yayılıb.
Qeyd edək ki, oxşar hallar son illərdə Xəzər dənizinin müxtəlif sahillərində də qeydə alınıb.
Ekspertlər bu cür hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri və qida zəncirində toksinlərin artması ilə əlaqələndirirlər.
Hazırda aidiyyatı qurumların dəniz sahilində müvafiq tədbirlər görməsi zəruridir.