Xaçmazlı gənclər "Payız Möcüzələri" rəqs müsabiqəsində uğur qazanıblar.
Shimal.News məlumat verir ki, yarış Bakı Gənclər Mərkəzində baş tutub.
Bu müsabiqədə Xaçmaz Uşaq İncəsənət Məktəbinin müəlliməsi (xoreoqraf) Səriyyə Musəvi və onun şagirdləri ("Azəri" və "Şimal Ulduzlar" rəqs qrupları) müxtəlif janrlarda çıxış ediblər. Nəticədə Şimal təmsilçiləri 8 rəqs növündə 7 qızıl və 1 gümüş medala layiq görülüblər.
