Xaçmaz rayonunun Ağtala kənd ümumi orta məktəbinin binası uzun illərdir qəzalı vəziyyətdədir.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, 200-dən çox şagird təmirsiz binada, qışda soyuq, yağışlı havalarda isə su içində dərs keçir.
“Məktəb 65 il əvvəl tikilib. Burada nə müasir avadanlıq, nə də normal şərait var. İlin əvvəlində modul tipli məktəb tikiləcəyi vəd olunsa da, hələ də heç bir iş görülməyib”, – deyə sakinlər bildiriblər.
Qış aylarında siniflərdə istilik sistemi olmadığı üçün odun sobasından istifadə edilir. Sakinlərin sözlərinə görə, tüstü sinif otaqlarına dolur, geyimlərə qoxu hopur və uşaqlar nəfəs almaqda çətinlik çəkirlər.
View this post on Instagram