Xaçmaz rayonunun Hacıqurbanoba kəndinin ərazisində yerləşən fermada yanğın baş verib.
Bizim.Media-nın məlumatına görə, nəticədə ümumi sahəsi 1000 kvm olan fermanın yanar konstruksiyalar tam yanıb, 3000 ədəd ev quşu isə tələf olub.
Alovun hardan qaynaqlandığı məlum deyil.
Yanğın yerində FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası işləyib.
Xatırladaq ki, fermanı icarə yolu ilə Xaçmaz şəhər sakini Fərid Fərhadov işlədib.