Xaçmazın Çaykənarı kəndində ağır qətl hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, oktyabrın 29-u bıçaqlanan 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova 2 gün sonra xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.