Oktyabrın 17-də Xaçmaz rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub.
Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Shimal.News xəbər verir ki, tədbirdə Xaçmaz rayon prokuroru Rəşad Məmmədov çıxış edərək, bu cür təşəbbüslərin ictimai hüquqi biliklərin artırılmasına verdiyi töhfədən danışıb. O, prokurorluğun fəaliyyətində şəffaflıq, vətəndaş hüquqlarının müdafiəsi və ictimaiyyətlə açıq dialoqun prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Sonda iştirakçıları üçün film nümayiş etdirildikdən sonra prokurorluğun inzibati binası üzrə tanışlıq turu təşkil olunub və tədbir xatirə şəkli ilə yekunlaşıb.