Qubada bu ilin aprel ayında yağan güclü yağışlar nəticəsində evləri dağılan sakinlərə yardım göstərilib.
Shimal.News xəbər verir ki, Bağbanlı kənd sakini Zenfira Məhərrəmova və Amsarqışlaq kənd sakini Tərlan Haktarinin evi tamamilə dağılıb.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti müvafiq qurumlara müraciət edib. Hazırda hər iki zərərçəkmiş ailənin evlərinin yenidən tikintisi həyata keçirilir.
