Şimal bölgəsinin bəzi rayonlarında görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Shimal.News xəbər verir ki, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və digər rayonlarda duman müşahidə olunur.
Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını artırır. Bu səbəbdən hərəkət iştirakçıları xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmalı, sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalıdırlar.