Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Shimal.News xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub:
apellyasiya instansiyası məhkəmələri üzrə:
Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib;
Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
rayon (şəhər) məhkəmələri üzrə:
İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri təyin edilib;
Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.