Bakıda ailə-məişət zəminində qətl hadisəsi baş verib.
Shimal.News məlumat verir ki, noyabrın 4-də paytaxtın Bəşir Səfəroğlu küçəsində – “Efkar Meyhane” adlı məkanın yaxınlığında 2006-cı il təvəllüdlü Yasin İbadov çoxsaylı bıçaq xəsarətləri alaraq həyatını itirib.
Hadisənin törətməkdə şübhəli bilinən mərhumun əmisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin əvvəllərdə məhkum olunduğu bildirilir.
İlkin məlumata görə, cinsi azlıq nümayəndəsi Yasin İbadov Şamaxı rayonundandır. O, uzun müddət Türkiyədə yaşayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.