Şamaxı Rayon Mərkəzi Xəstəxanası yeni tibbi avadanlıqlar alacaq.
Shimal.News xəbər verir ki, müəssisə bunun üçün 23.361,46 AZN xərcləməyə hazırlaşır.
Bunun üçün keçiriləcək müsabiqə cari ilin 12 noyabr tarixinədək davam edəcək.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanovun sözlərinə görə, vətəndaşlar əvvəllər ən çox terapevtik xidmətlər üçün müraciət edirdilər. Hazırda isə cərrahi xidmətlərə də tələbat daha artıb. Müəssisənin nəzdində 4-cü səviyyəli mərkəzləşdirilmiş tibbi laboratoriya qurulub. Tam avtomatlaşdırılan Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində xidmət göstərilməkdədir.