Şəki Rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələrinə dərman paylanması ilə bağlı problemlər yaşanır.
Shimal.News xəbər verir ki, vətəndaşlar saatlarla növbədə dayanmağa məcbur olurlar. Onlar bu ay ərzində dərman çatışmazlığı səbəbindən ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə, ötən ay xəstəxanada üç cihaz fəaliyyət göstərirdisə, hazırda yalnız bir aparat işləyir. Bu isə izdihama, narazılığa və xəstələrin səhhətində geriləmə yaranmasına səbəb olub.