Oğuz şəhəri, “Qızıl-Tac” şadlıq sarayında toy zamanı dava düşüb.
Lent.az-ın məlumatına görə, 36 yaşlı Yəhya Cavadov şadlıq evinin sanitar qovşağında torpaq üstündə düşmənçilik etdiyi tanışını görüb. Orada yalnız ikisi olduqları üçün Yəhya intiqam almaq məqsədi ilə zərərçəkənin başına, əllərinə, qollarına, ayaqlarına yumruq və təpiklə zərbələr endirərək ona xəsarət yetirib.
Bu hərəkətinə görə, onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və ona dəyən ziyanı tam ödədiyini deyərək, cinayət işinə xitam verilməsini xahiş edib. Zərərçəkən də həmçinin şikayət və tələbinin olmadığını qeyd edib.
Oğuz rayon Məhkəməsində keçirilən iclas zamanı cinayət işinə xitam verilib.