top
Rayonlarda quduzluğa qarşı vaksin ehtiyatı varmı?
20 oktyabr 2025, 18:00
- +

Rayonlarda quduzluğa qarşı vaksin ehtiyatı varmı?

Artıq rayonlarda və kəndlərdə vəhşi heyvanların insanlara hücum halları tez-tez yaşanır. Bunlar arasında Quba, Babək kimi rayonların adlarını çəkmək olar. Vəhşi heyvanlar bu rayonlarda kənd sakinlərinə hücum edərək onlara müxtəlif xəsarətlər yetiriblər. Belə olan halda zərərçəkmiş şəxsə ilkin yardım göstərilərək ona qulduzluğa qarşı vaksin vurulmalıdır.

Bəs görəsən buna nə dərəcədə əməl olunur? Rayonlarda vaksin ehtiyatı varmı?

Bu suallara cavab tapmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

Qurumdan bildirilib ki, bütün rayonlar quduzluğa qarşı bu vaksinlərlə tam təmin olunub.

"TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının, həmçinin zəruri dərman vasitələri ilə təmin olunması istiqamətində zəruri addımlar atılır. TƏBİB-in tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzi tərəfindən bütün tibb müəssisələri quduzluq əleyhinə kultural inaktivləşdirilmiş quru antirabik vaksinlərlə tam təmin olunub".

TƏBİB-dən o da bildirlib ki, sözügedən vaksinlər dünyada aparıcı vaksin istehsalçılarından olan Hindistan istehsalı "Serum" zavodunun məhsuludur.

Mərkəzin anbarında isə bir illik ehtiyat vaksinlər mövcuddur və tibb müəssisələrinin quduzluq əleyhinə kultural inaktivləşdirilmiş quru antirabik vaksinlərlə təminatı fasiləsiz şəkildə həyata keçirilir.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Qubada ayı təsərrüfat sahibinə hücum edib. Hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib. 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər