Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional İdarəsi Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “TURAZ” MMC-yə aid olan 10 TIR meyvə məhsulunu ölkə ərazisindən ixrac üçün buraxmayıb.
Bu barədə “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev məlumat verib.
Bildirilib ki, məhsulların laboratoriya analizləri zamanı onların tərkibində normadan artıq pestisid qalıqları aşkarlanıb. Bu səbəbdən həmin partiyanın ixracına icazə verilməyib və yük geri qaytarılıb.
AQTA-nın müvafiq bölmələri məsələ ilə bağlı araşdırma aparır.