Qubanın Qrız kəndi rayonun şimal-qərb hissəsində, Şahdağ silsiləsinin ətəklərində, dəniz səviyyəsindən 2000-2050 metr yüksəklikdə yerləşir.
Coğrafi mövqeyinə görə kənd sərt dağlıq ərazidə yerləşdiyi üçün burada hava sərin və rütubətli olur. Kəndin əsas problemi yol infrastrukturunun zəifliyidir. Qış aylarında qarın qalınlığı bir neçə metrə çatır, yollar aylarla bağlanır, kənd isə tam təcrid vəziyyətinə düşür. Tarixi IX-X əsrlərə qədər uzanan bu qədim kənddə əhalinin sayı getdikcə azalır. Xüsusilə gənclər təhsil və iş dalınca şəhərlərə üz tuturlar. Hazırda Qrızda 30-40 evdə təxminən 390 nəfər yaşayır.
Kənddə yerləşən Əbu Müslüm məscidi zamanla baxımsızlıq və təbii təsirlər nəticəsində qismən dağılaraq istifadəyə yararsız vəziyyətə düşüb.
Daha ətraflı videomaterialda: