Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika və Endokrinologiya şöbələrində, həmçinin Ailə Sağlamlıq Mərkəzində 5 gündən artıqdır ki, elektrik enerjisi yoxdur.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, hər gün yüzlərlə vətəndaşın müraciət etdiyi tibb müəssisəsində vəziyyət acınacaqlıdır. Həkimlər və xəstələr qaranlıq və soyuq şəraitdə qalıblar.
“Faktiki olaraq normal tibbi xidmət göstərmək mümkün deyil. Nə müayinə, nə də müalicə aparılır. Məsul şəxslərin biganəliyi vəziyyəti daha da gərginləşdirir. Aidiyyəti qurumlardan tədbir görülməsini xahiş edirik”, – deyə sakinlər bildiriblər.