top
Qubada satıcı ilə müştəri dondurma üstündə məhkəməlik oldular
30 oktyabr 2025, 10:36
- +

Qubada satıcı ilə müştəri dondurma üstündə məhkəməlik oldular

Quba Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Şahlar Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın məlumatına görə, hakim Günel Kamillinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, hadisə 22 avqust 2025-ci il tarixdə, saat 21:30 radələrində, Quba rayonu, Əliməmmədoba kəndində yerləşən “Mini-Market” adlı mağazada qeydə alınıb.

Belə ki, Şahlar Tağıyev sözügedən obyektə gələrək dondurma almaq istəyib. Lakin satıcı onun sərxoş vəziyyətdə olduğunu görüb və bu səbəbdən dondurma satmaqdan imtina edib. Bundan qəzəblənən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, həmin mağazanı icarə əsasında işlədən zərərçəkmiş Vüsal Babayev (soyadı şərtidir) ilə mübahisə yaradıb, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədib, qaydanı kobud surətdə pozub.

Sonra Şahlar xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən bədən xəsarətləri yetirib, onun bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.

Hadisədən sonra Şahlar Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər