İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, bərpa işləri Yerfi kəndinin sakinləri Həsənova Gövhər Xanlar qızına və Rişanov Faiq Mirzəməmməd oğluna məxsus fərdi yaşayış evlərini əhatə edəcək.
Belə ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bərpa və tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, nazirlik tikinti işlərinin icrasını “Fateh Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, bərpa işləri 100 min manata başa gələcək.