Qubada genişmiqyaslı ekoloji aksiya çərçivəsində 600-dən çox ağac əkilib.
Shimal.News xəbər verir ki, “Bir ağac – min nəfəs” şüarı ilə Quba Soyqırımı Memorial Kompleksinin ətrafında və rayonun müxtəlif ərazilərində yerli şəraitə uyğun ağac tingləri basdırılıb.
On gün ərzində davam edən aksiyada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Çıraqqala–Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Xucbala bələdiyyəsinin əməkdaşları və könüllülər iştirak ediblər.
Aksiyanın əsas məqsədi təbiətin mühafizəsinə töhfə verməkdən, həm də cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına xidmət etməkdən ibarətdir.