Quba və Xaçmazda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsertlər keçiriləcək.
Shimal.News xəbər verir ki, Quba və Xaçmaz rayonlarında 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı bayram konsertləri təşkil olunacaq. Bu barədə müvafiq Rayon İcra Hakimiyyətləri məlumat yayıb.
Məlumata görə, 8 noyabr saat 17:00-da Quba şəhərinin Nizami adına Mədəniyyət və İstirahət parkında tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirakı ilə zəngin konsert proqramı təqdim olunacaq. Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Eyni zamanda, həmin gün və saatda Xaçmaz şəhərindəki Zəfər parkında da şanlı Qələbəmizin 5 illiyinə həsr edilmiş bayram konserti keçiriləcək.