top
Quba şəhidlərinin anım günüdür
21 oktyabr 2025, 17:00
- +

Quba şəhidlərinin anım günüdür

Bu gün şəhid Ülvi Məmmədov və Həmzə Əliyevin anım günüdür.

Ülvü Vüqar oğlu Məmmədov 1997-ci il iyulun 27-də Quba rayonunun Alekseyevka kəndində anadan olub.

O, 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Ü. Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Ülvü Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Həmzə Tərlan oğlu Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açıb. Əslən rayonun Qalayxudat kəndindən olan Həmzə 9 yaşında atasını itirib.

2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil alıb. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışıb.

6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanıb. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət edib.

Həmzə 2020-ci ilin 21 sentyabrında hərbi təlim toplantılarına çağırılıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabrda Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şəhidimiz bir gün sonra Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər