Şəkinin Çeşməli kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 180 m² olan köməkçi tikilinin damı və içərisinə yığılan 0,75 ton ot bağlamasının 0,15 tonu yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub. Köməkçi tikilinin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı talvar yanğından mühafizə olunub.