Qaxda heyvanlar arasında dabaq xəstəliyi yayılıb.
Bu barədə Shimal.News-a rayonun Əmbərçay kənd sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, son zamanlar iri və xırdabuynuzlu heyvanlar arasında təhlükəli sayılan dabaq xəstəliyinə yoluxma halları artıb. Mal-qara inkişafdan qalır, yem yeyə bilmir və nəticədə ölür.
Sakinlərin sözlərinə görə, kənddə tələf olan heyvanların sayı durmadan artır. Aidiyyəti qurumlar tərəfindən tədbirlər görülsə də xəstəliyin qarşısını almaq mümkün deyil.