Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dekabrın 5-də meşə təsərrüfatına dair oduncağın satışı üzrə növbəti hərrac keçirəcək.
Shimal.News xəbər verir ki, Şabran, Quba, Şamaxı, Qax, Zaqatala, Qəbələ və digər meşə təsərrüfatlarında toplanmış işlik oduncaqlar satışa çıxarılıb.
Hərracda təklif olunan oduncaqların həcmi 1-126 kubmetr arasında dəyişir, 1 m³ üçün ilkin qiymət isə 25-120 manat aralığındadır. Satışda fıstıq, palıd, qoz, ağcaqayın, vələs, qovaq, göyrüş, gilas, söyüd və akasiya cinsli oduncaqlar yer alır.