Yazıçı və jurnalist Nizami Rəhmanlı vəfat edib.
O, əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb və "Azərbaycan", "Respublika" və "Panorama" qəzetlərində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifidir.
Qeyd edək ki, Nizami Sədri oğlu Rəhmanlı 1951-ci ildə Dəvəçi - indiki Şabran rayonunun Orta Əmirxanlı kəndində anadan olub.