Quba-Xaçmaz Regional Məşğulluq Filialının təşkilatçılığı ilə Xaçmaz şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Shimal.News-un məlumatına görə, tədbir 30 oktyabr, saat 11:00-da Xaçmaz şəhəri, Heydər Əliyev Mərkəzində (Xəzər parkı) baş tutacaq.
Yarmarkada müxtəlif sahələr üzrə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat iştirakçılara təqdim olunacaq. İşaxtaran şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur.
Təşkilatçılar namizədlərə CV nümunəsi ilə gəlməyi tövsiyə edirlər.