İsmayıllı rayonunun Talıstan kəndində “Azəriqaz” İB-nin briqadaları çalışır. Bu barədə ShimalNews 20 aprel tarixində məlumat verir.
Ərazidə köhnə qaz xətləri yeniləri ilə əvəzlənir. İşlərə cari ilin yanvar ayından etibarən start verilib. Ümumilikdə 14.000 metrə yaxın korroziyaya uğramış qaz xətlərinin yenilənməsi nəzərdə tutulub.