top
Fındıq ləpəsi “qızıl” qiymətinə - Bahalaşmanın SƏBƏBİ nədir?
16 oktyabr 2025, 09:31
- +

Fındıq ləpəsi “qızıl” qiymətinə - Bahalaşmanın SƏBƏBİ nədir?

Azərbaycanda fındıq ləpəsinin qiymətində kəskin artım müşahidə olunur. Belə ki, əvvəl kilosu 18-22 manat olan ləpənin qiyməti indi 30-35 manat arasında dəyişir. Bir çox satış mərkəzlərinin satıcıları da bu vəziyyətdən narazılıq edir.

Dediklərinə görə fındıq ləpəsi yerində bahadır və bu səbəbdən satışları zəifləyib. Onlar bu ləpəni 28 manata alıb, 30 manata satırlar.

Bəs, fındığın bahalaşmasına səbəb nədir?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, fındıq ləpəsinin qiymətinin yüksəlməsində ilk olaraq ixrac tələbinin artması rol oynayır.

"Xüsusilə Türkiyə və Avropa ölkələri Azərbaycan fındığına böyük tələbat göstərir. İxrac üçün daha çox məhsul alındığından daxili bazarda təklif azalır və qiymət artır".

“Məhsuldarlıq azalıb..."

Akif Nəsirli vurğulayıb ki, 2025-ci ilin yayında bir çox bölgələrdə (xüsusən Qəbələ, Zaqatala, Balakən, Qax) quraqlıq və dolu müşahidə olunub:

“Bu, məhsulun həm miqdarını, həm də keyfiyyətini aşağı salıb. Həmçinin yanacaq, enerji və əməkhaqqı xərclərinin artması da qiymətə təsir edir. Fındığın yığılması və qurutma prosesi bahalaşdıqca son qiymətə təsir göstərir. O cümlədən manatın dollar və avroya nisbətdə zəifləməsi də ixrac yönümlü məhsulların daxili qiymətini artırır, çünki ixracatçılar xarici bazarlarda daha çox qazanc əldə edirlər".

Bəs fındıq ləpəsinin artan qiyməti sabit qalacaq?

"İlin sonuna qədər fındıq qiymətində sabit qalma və ya cüzi artım mümkündür.

Bunun səbəbi mövsümi tələbatın artması, yeni məhsul mövsümünün artıq bitməsi, əlverişsiz hava şəraitinə görə ehtiyatların məhdud olmasıdır.

Yalnız hökumət tərəfindən ixrac tənzimlənməsi və ya əlavə idxal tədbirləri görülərsə, qiymət stabilləşə bilər" - deyə Akif Nəsirli qeyd edib.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər