Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin şagird və müəllimlərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbirini keçirib.
Shimal.News məlumat verir ki, iştirakçılar yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.