Bu gün şəhid Taleh Babayevin anım günüdür.
Shimal.News xəbər verir ki, Taleh Xanmurad oğlu Babayev 2 dekabr 1986-cı ildə Quba rayonunda dünyaya göz açıb.
Taleh Babayev 2020-ci il sentyabrın başlayan Vətən müharibəsində cəsurcasına vuruşub və noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində şəhid olub. Dörd övladı isə Vətənə yadigar qalıb.
O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.