Balakəndə polis əməkdaşları tərəfindən “Təmiz hava” aylığı aksiyası ilə əlaqədar profilaktik tədbir təşkil olunub.
Shimal.News xəbər verir ki, yoxlamalar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə birgə aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri və nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti izah olunub.