Shimal.News-un məlumatına görə, polisə müraciət edən zərərçəkmiş aralarında mübahisə yaranan tanışı Vasif adlı şəxsin onun başına pivə bakalı ilə vuraraq xəsarət yetirdiyini bildirib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.