Ağsuda atasının pullarını oğurlayan şəxs cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, rayon sakini, 29 yaşlı Kamran Əzizovun (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (yaxın qohuma qarşı oğurluq) maddəsi ilə açılmış cinayət işinə baxılıb.
Məlum olub ki, Kamran atasına məxsus avtomobil satışı nəticəsində əldə edilən 400 ABŞ dolları və 6150 manat pulu oğurlayıb.
Məhkəmədə ifadə verən oğlan həmin vəsaiti Bakıda müxtəlif əyləncə məkanlarında xərclədiyini, etdiklərinə görə peşman olduğunu və atası ilə artıq barışdığını bildirib.
Məhkəmənin qərarına əsasən, o, 2 günlük həbs müddəti nəzərə alınmaqla, 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu müddət ərzində Kamran elektron qolbaqla nəzarətdə saxlanılacaq.