Hacıqabulda kişi su kanalında batıb.
Lent.az-ın məlumatına görə, Eldar Niftaliyevin meyiti oktyabrın 21-i saat 13 radələrində “Şirvan” kanalının Abdulabad kəndinin ərazisindən keçən hissəsində tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, mərhum sentyabrın 18-də Ağsu rayonunda yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Onun barəsində itkin düşən şəxs kimi axtarış elan olunub.
Faktla bağlı araşdırma aparılır.