Balakən şəhərində kişi həyətində ölü tapılıb.
Bizim.Media-nın məlumatına görə, uzun müddətdir xəstəlikdən əziyyət çəkən 66 yaşlı şəhər sakini Mehdihacı Məmmədov səhər tezdən, adəti üzrə, həyətə çıxıb.
Lakin bir müddət sonra evə qayıtmadığı üçün ailə üzvləri narahat olublar. Onlar həyətə baxarkən kişinin meyitini aşkar ediblər.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə göndərilib. Ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Faktla bağlı araşdırma aparılır.