Zaqatala rayonunun Aşağı Tala kəndindən redaksiyamıza yol infrastrukturuna dair narazılıq daxil olub.
Shimal.News-un məlumatına görə, kənd sakinləri böyük ziyarətə aparan yolun üzərində yerləşən körpünün istismar üçün yararsız vəziyyətdə olduğunu bildirirlər.
“Bu körpü elə bil müharibədən çıxıb. Baxımsız və təhlükəli görünür. Ayıbdır, bu qədər insanın keçdiyi yol belə vəziyyətdə qalmalı deyil,” - deyə onlar qeyd edirlər.
Vətəndaşların sözlərinə görə, bu ərazi xüsusilə ziyarət mövsümündə daha sıx istifadə olunur və hər gün yüzlərlə insan bu körpüdən istifadə edir.
Körpünün bərpası üçün aidiyyəti qurumlardan “hərəkət” gözlənilir.
