Qax-Zaqatala avtomobil yolunda qəza qeydə alınıb.
Shimal.News məlumat verir ki, Zaqatalanın Muxax kəndi ərazisində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Mərkəzinin briqadası cəlb olunub. Kənd sakini olan sürücü Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı havada yolun sürüşkən olmasıdır.