Quba-Xaçmaz yolunda qəfil manevr edən sürücü qəzaya səbəb olub.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, “QazEl” markalı avtomobilin arxasından əks istiqamət zolağına çıxan “VAZ-2107”, qarşıdan gələn “Mercedes” markalı maşına çırpılıb. “VAZ”ın sürücüsü bildirib ki, Bayoba kəndinə dönmək istəyib. Lakin döngə təxmini 100 metr öndə olub.
Əraziyə polis və sığorta əməkdaşları cəlb edilib.