top
Xaçmazlı heykəltaraş: “Bu sənət tarixin yaddaş yazısıdır”- ÖZƏL MÜSAHİBƏ
10 dekabr 2024, 13:21
- ↺ +

Xaçmazlı heykəltaraş: “Bu sənət tarixin yaddaş yazısıdır”- ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heykəltəraşlar, müxtəlif materiallardan (daş, metal, ağac və s.) heykəllər yaradan sənətkarlardır. Onlar həm estetik, həm də tarixi və mədəni mənaları olan əsərlər yaradaraq insanların düşüncələrini və duyğularını ifadə etməyə çalışırlar.

Heykəltəraşlar həm də bədii və texniki bacarıqlara malik olmalı, onların əsərləri həm estetik cəhətdən gözəl, həm də struktura və formaya görə düzgün olmalıdır.

Ölkənin şimalında yerləşən Xaçmazda və ümumiyyətlə Azərbaycanın müxtəlif bölgələrində heykəltəraşlıq sənəti ilə məşğul olan bir çox sənətkarlar olub və var.

Shimal.News-un əməkdaşı xaçmazlı heykəltaraş Şıxəli Təhməzov ilə həmsöhbət olub. O, sənətinin sirlərini bizimlə bölüşüb.

Müsahibəni təqdim edirik:

- Şıxəli bəy, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Mən 1958-ci ildə anadan olmuşam. 1984-cü ildə Razin (indiki Bakıxanov qəsəbəsi) peşə məktəbində təhsil almışam. Daha sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Mirzəağa Əliyev adına İncəsənət universitetini bitirdim. 1992-ci ildən Hüseyn Əlizadə adına Quba İncəsənət universitetində 8 il müəllim olaraq fəaliyyət göstərmişəm. Hazırda Xaçmazda yaşayıram.

- Heykəltəraşlıq sənətinə necə başladınız?

- Sənətə böyük qardaşlarımın köməyi ilə gəlmişəm. Hər zaman da bu sənətə marağım olub.

- Heykəl yaradarkən ilham mənbəyiniz nədir? Hər hansı bir müəyyən bir mövzu və ya ideya ilə başlayırsınız, yoxsa proses təbii şəkildə formalaşır?

- Heykəl yaradanda daxili duyğularımın təsvirini verməyə çalışıram.

- Sizin üçün heykəltəraşlıq nə deməkdir?

- Mənə görə heykəltaraşlıq tarixin yaddaş yazısıdır. Birmənalı belədir.

- Bir heykəl üzərində çalışarkən hansı materiallardan istifadə etməyi üstün tutursunuz?

- Eskizi plastilindən, işi isə sement-betondan hazırlayıram.

- Çalışdığınız zaman daha çox texniki detallara, yoxsa emosional ifadəyə diqqət yetirirsiniz?

- Çalışıram ki, heykəlin daxili aləmi açılsın. Daha çox bunun üzərində işləyirəm.

- Siz əsərlərinizdə hansı mesajı vermək istəyirsiniz?

- Mənə görə yaradılan hər bir iş maraqlı olmalıdır. Maraqsız əsər yaratmamağa çalışırıq.

- Heykəltaraşlıqda hansı çətinliklərlə qarşılaşmısınız və bunları necə aşmısınız?

- Çətinliyim maliyyə ilə bağlı olub. Çox vaxt işləyirəm, pulumu vermirlər. Pulsuz da iş yaratmaq olmur.

- İlk əsərinizin yaradılması necə baş verdi?

- İlk əsərim gənclik arzusu kimi şirin olub...

-  Sizcə, heykəltaraşlıq cəmiyyətdə necə bir rol oynayır?

- Heykəltaraşlıq cəmiyyətin yaddaşıdır. Yaradılan əsərin hər biri yaddaşlara həkk olunur.

- Xaçmazın girişindəki Koroğlu heykəli, Quba Nizami parkındakı heykəllər sizin əl işinizidir.

- Təəssüf ki, Koroğlu abidəsini götürüblər. Qubanın Nizami parkı isə mənim əziz bölgəmizə olan bir töhfəmdir.

- Tələbləriniz varmı?

- Bəli var. Hazırda ali məktəbə tələbə hazırlayıram.

Şimal bölgəsindəki insanların sənətə marağı necədir?

- Yaradıcılığımın çox hissəsini Qubaya həsr etmişəm. Quba sakinlərinin həqiqətən çox maraqlı yanaşmaları var. Mən onlardan çox razıyam.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər