Xaçmaz rayonu, Qusarçay kəndində elektrik dirəklərinin bir çoxu qəzalı vəziyyətdədir.
Məsələ ilə bağlı Shimal.News-a məlumat verən yerli sakinlərin sözlərinə görə, elektrik dirəkləri ya əyilib, ya da çatlayıb.
“Dirəklər evlərimizin divarları ilə iri ağacların arasında olduqca təhlükəli yerlərdə quraşdırılıb. Yaz-yay aylarında yarpaqlayan ağacların budaqları naqillərə toxunur. Bu səbəbdən biz məcbur olub ağacları budayırıq ki, hər hansı bir problem yaranmasın. Dirəkləri budaqlardan “qoruya” bilsək də, onların hər an evlərimizin üstünə aşma riski var.
Aidiyyəti qurumlara etdyimiz müraciətlərin üstündən 1 il keçsə də, heç bir tədbir görülməyib. Nə dirəklər, nə də naqillər yenilənib”,- deyə onlar bildiriblər.