Xaçmaz şəhərinin mərkəzi küçələrinin birində antisanitar vəziyyət yaranıb.
Bu barədə sakinlər Shimal.News-a məlumat veriblər.
Bildirilib ki, Rəşid Behbudov küçəsində (köhnə “Zaporojets” markalı avtomobili ilə tanınan) quraşdırılan zibil yeşikləri dolub-daşır. Tullantılar ətrafda səpələnir, sonra isə itlər və külək vasitəsi ilə şəhərdə xoşagəlməz hal yaradır. Bir tərəfdən qaz xəttinin qurğusu, digər tərəfdən ayaq altında zibillik insanların hərəkətini mümkünsüz edir.
Piyada səkisinə bitişik qoyulan qutular və hazırdakı mənzərəni oxucularımıza təqdim edirik:
View this post on Instagram