Xaçmaz şəhərinin Bakı prospektində xaos yaşanır.
Bu barədə yerli sakinlər Shimal.News-a məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, vaxtilə ərazidə yanacaqdoldurma məntəqəsi inşa edilərkən yolda piyadaların hərəkəti üçün çox az yer saxlanılıb:
“Yanacaqdoldurma məntəqəsinin kənarı ilə yolun hərəkət hissəsində çox az yer var ki, piyadalar həmin hissədən keçirlər. Günün əksər saatlarında da qeyd edilən ərazidə yanacaq dolduran texnikalar həm piyadaların yolunu, həm də yolun hərəkət hissəsini zəbt edirlər, nəticədə ərazidə xaos yaranır".