Xaçmaz rayonunda elektrik şəbəkəsi ilə bağlı ənənəvi nasazlıqlar sakinləri çətinliklərlə üz-üzə qoyur.
Onlar bununla bağlı Shimal.News-a məlumat veriblər:
“Hər külək əsəndə 12 saatadək işıqsız qalırıq. Köhnə Xaçmazda xətlər yenilənib, amma Qudyalçay küçəsində işıqlar mütəmadi olaraq söndürülür. Yayda bir zülm, qışda isə başqa zülm ilə yaşayırıq”, - deyə vətəndaşlar bildiriblər.
Bu hallar külək əsən kimi, yaxud yağış yağan kimi daim baş verir. Evlərdə məişət texnikası sıradan çıxır, qida məhsulları xarab olur.