Xaçmaz rayonunda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün tender keçirilir.
Shimal.News xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti dam örtüyü və fasadları yeniləmək üçün 594.379 manat ayıracaq.
N.Nərimanov küçəsi 66A və 78, X.Natavan küçəsi 27A ünvanlarında, H.Əliyev və H.Z.Tağıyev küçələrinin kəsişməsində, İstisu qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binaların təmiri nəzərdə tutulub.